Litvanın dövlət təqaüdü

Litvanın dövlət təqaüdü

Son yenilənmə tarixi: 29/04/2025

Litvanın dövlət təqaüdü Litvada magistratura təhsili almaq üçün təklif olunan nadir təqaüd proqramlarındadır. Ölkənin aylıq xərcləri və təhsil haqları bir sıra Avropa ölkələri ilə nisbətdə çox da baha olmadığı üçün təklif olunan təqaüd proqramları da çox məhduddur.

Kimlər müraciət edə bilər?

Magistratura təhsili üçün Azərbaycan vətəndaşları təqaüdə müraciət edə bilər. Əvvəlcədən qeyd edim ki, təqaüd yalnız magistratura proqramları üçündür və magistratura təhsilini bitirmiş tələbələr bu proqrama müraciət edə bilməz. Magistratura proqramının birinci ilində təhsil alan tələbələr də bu proqrama müraciət edə bilər.

Litvanın dövlət təqaüdü nəyi əhatə edir?

Təqaüd Azərbaycan vətəndaşlarının tələbələrini aylıq 550 avro stipendiya ilə təmin edir. 2021-ci ildən bəri müraciətlər qaydaları dəyişdiyinə görə, artıq Litvanın dövlət təqaüd proqramı təhsil haqqını da əhatə edəcəkdir, yəni tələbə təhsil haqqından da azad ola bilər. Nəzərə almaq lazımdır ki, təhsil haqqı dövlətin müəyyənləşdirdiyi standartlardan çox olmamalıdır.

Təqaüdə müraciət proseduru

2024-cü ildə Litvada təqaüdlə təhsil almaq istəyən tələbələr yanvar ayından başlayaraq 2024-cü ilin 6 may tarixiə qədər onlayn sistemdə qeydiyyatdan keçməli, şəxsi məlumatları doldurmalıdır və daha sonra aşağıdakı sənədləri sistemə yükləməlidir:

  1. Litvanın hər hansı bir universitetindən əldə edilmiş qəbul sənədi (ilkin və ya tam);
  2. Ən azı B2 səviyyəsində dil biliyini göstərən sertifikat (və ya ingiliscə təhsil barədə sənəd);
  3. Onlayn sistem (1-ci punktdakı link) vasitəsilə motivasiya məktubu;
  4. Qeyd olunan formaya uyğun olaraq litva və ya ingiliscə yazılmış 1 tövsiyə məktubu;

Bu prosedur bitdikdən sonra, namizəd təqaüdə müraciət etmiş hesab olunur. Digər etaplarda isə təqaüd proqramına uyğunluq və müraciətlərin nəticələri elan olunur. Qısaca olaraq önəmli tarixlər belədir:

6 may 2024: təqaüd üçün müraciət etmək üçün son tarix;

1 iyul 2024: yekun nəticələrin elan olunması.

Namizədlərin seçilməsi

Bütün sənədlər təqdim olunduqdan sonra qərar ekspertlər tərəfindən verilir. Namizədlər aşağıdakı kriteriyaya əsasən qiymətləndirilir:

1. Tələbənin motivasiyası (50%)

Ərizəçinin motivasiyası aşağıdakı meyarlara əsasən qiymətləndirilir:

• Litvada planlaşdırılan təhsil proqramı ilə bağlı namizədin təcrübə və nailiyyətləri;

• Litvanın ali təhsil müəssisəsinin və proqramın etibarlılığı (legitimliyi);

• Litvada təhsilin namizədin gələcək karyera və şəxsi inkişaf üçün faydalılığı;

• Namizədin təqaüd proqramı üçün uyğunluğu

2. Akademik nailiyyətlər (50%)

Namizədin bakalavr dərəcəsi üzrə ümumi orta bal göstəricisi (GPA) nəzərə alınır.

Litvanın dövlət təqaüdü proqramının saytında rəsmi olaraq bildirilir ki, litva dilində təhsil alanlara (2 ekstra xal), bakalavr təhsilini Litvada alanlara (2 ekstra xal) və informatika, təbiət elmləri, mühəndislik istiqaməti üzrə təhsil almaq istəyənlərə (15 esktra xal) seçim zamanı üstünlük verilir. 

Əlavə məlumat üçün: https://studyin.lt/scholarships/full-time-master-degree-studies/

Scroll to Top