Koreya təhsil vizasına müraciət qaydaları

Koreya təhsil vizasına müraciət qaydaları

Son yenilənmə tarixi: 29/04/2025

Koreya təhsil vizasına müraciət qaydaları haqqındakı məqalədə həm sənədləşmə haqqında, həm də müraciət üçün prosedur barədə məlumat verəcəyəm.

İlk öncə qeyd edim ki, bu məqaləm Koreyada 90 gündən artıq qalmağı planlaşdıran tələbələr üçün nəzərdə tutulub.

Tələb olunan sənədlər

Koreyada təhsil almağı planlaşdıran tələbələr aşağıdakı sənədləri hazırlamalıdırlar.

  1. Viza müraciət ərizəsi (anketi)
    • Anket ingiliscə və ya koreyaca yazılmalıdır;
    • Əl yazısı ilə doldurulmalıdır;
    • Sonda sənədlərin təqdim olunduğu gün, ad və soyad yazılmalı və imzalanmalıdır;
    • Bax: anketin boş forması;
  2. Xarici pasport
    • Xarici pasportun bitmə müddəti vizanın son tarixindən sonra 90 gün əlavə olmalıdır;
    • 1 ədəd sadə surəti hazırlanmalıdır.
  3. Şəkil
    • 1 ədəd, 3.5×4.5 ölçülü, ağ fonlu olmalıdır.
  4. Qəbul və təhsil müəssisənin qeydiyyat sənədi
    • Tələbənin universitetə qəbul olmasını sübut edən sənədin əsli (poçtla göndərilmiş variantı);
    • Tələbənin təhsil alacağı müəssisənin dövlət qeydiyyat sənədinin əsli (poçtla göndərilmiş variantı);
    • 1 ədəd sadə surəti hazırlanmalıdır.
  5. Maliyyə sənədi
    • Cari hesabda minimum 10.000 dollar (1 illik viza üçün) vəsaitin olması ilə bağlı arayış;
    • İngiliscə olmalı və ya ingilis dilinə notarial tərcümə olunmalıdır;
    • 1 ədəd sadə surəti hazırlanmalıdır.
  6. Vərəm testinin nəticələri
  7. Digər sənədlər
    • Dərsin keçiriləcəyi sinfin şəkilləri, ixtisasın sillabusu və müəllimlərin sertifikat məlumatları səfirliyə təqdim olunmalıdır;
    • Bəzi məlumatları səfirlik universitet tərəfindən e-poçt ilə də qəbul edə bilər.

Görüş gününün götürülməsi və rüsum

Görüş günü üçün aşağıdakı qaydada Koreya səfirlinin qeyd olunan e-poçt adresinə ingiliscə məlumat yazılmalıdır.

Ünvan: azeremb@mofa.go.kr

E-poçtun adı: Visa appointment

Mətn

Dear Madam/Sir,

Please, accept my email for the visa appointment date.

My details:

1. Name and surname: Samil Niftaliyev

2. Date of birth: 15/10/2003

3. Purpose: Study

4. Application date: 02/08/2024, 15:55

Regards,

Samil Niftalıyev

Rüsuma gəlincə isə, Koreya səfirliyi viza müddəti və giriş sayına görə (tək və ya multi) viza rüsumlarını aşağıdakı kimi müəyyənləşdirir:

90 günlük tək giriş: 50 $

90 gündən artıq tək giriş: 80 $

İki giriş üçün (müddət fərq etmir): 120 $

Multi viza (müddət fərq etmir): 150 $

Qeydlər

  • Viza müraciəti zamanı Koreyanın Azərbaycandakı səfirliyində şəxsi iştirak tələb olunur.
  • Səfirlik əlavə sənədlər tələb etmək hüququnu özündə saxlayır;
  • Vizanın cavablandırılması üçün müddət təxminən 1 həftə çəkir;
  • Viza xarici pasporta vurulmur və ayrıca bir sənəddə verilir;
  • Səfirlik viza qərarı verilənədək pasportu özündə saxlayır;
  • Viza müraciəti üçün sənədlərin tam şəkildə təqdimatı vizanın müsbət qərarlandırılacağına zəmanət vermir;
  • Səfirliyin rüsumu istənilən halda geri qaytarılmır;

Ünvan

Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi

Address : İSR Plaza 14-cü mərtəbə, Nizami küçəsi 69, Bakı şəhəri, AZ 1005, Azərbaycan

İstinadlar

  1. https://overseas.mofa.go.kr/az-az/wpge/m_26651/contents.do
  2. https://overseas.mofa.go.kr/az-en/brd/m_8242/view.do?seq=761412&page=1
Scroll to Top