İtaliya üçün Pre-enrollment proseduru

Son yenilənmə tarixi: 27/04/2025

İtaliya üçün Pre-enrollment proseduru İtaliya vizası almaq üçün ilkin addım hesab olunur. Pre-enrollment prosedurunu italyan universitetindəki ilkin qeydiyyat kimi də qəbul etmək olar. İstənilən halda, bu prosedurun olmaması həm universitet qeydiyyatı, həm də viza üçün problem yaradır. Bu baxımdan, lazım olan sənədlərə və qaydalara baxaq.

Pre-enrollment üçün lazım olan sənədlər

Tələbə İtaliyadakı hər hansı bir universitetdə bakalavr və ya magistratura ixtisası oxuyacaqsa, bu zaman aşağıdakı sənədləri hazır etməlidir.

  1. Attestat (yalnız bakalavr oxuyacaq tələbələr üçün);
  2. Bakalavr diplomuəlavəsi;
  3. Pasport;
  4. Digər sənədlər (CV, dil sertifikatı, referans məktubları və .s).

Qeyd 1.

Əgər tələbə, diplomu və transkripti əldə etməyibsə, bu zaman bitirmə haqqında arayış (diplom əvəzi verilən arayış) və transkripti (diplom əlavəsi əvəzi) hazırlamalıdır. Əgər məktəb məzunu attestatı almayıbsa, bu zaman məktəbi bitirmə haqqında arayış və transkripti hazır etməlidir.

Qeyd 2.

1 və 2-ci punkta qeyd olunan bütün sənədlər ingiliscəyə və ya italyan dilinə tərcümə və notarial təsdiq olunmalıdır.

İtaliya üçün Pre-enrollment-ə müraciət qaydası

2021-ci il üçün pre-enrollment proseduru daha sadə qaydalarla həyata keçirildi. Tələbə ilk öncə, Universitaly portalında qeydiyyatdan keçməlidir. Daha sonra isə yuxarıda qeyd olunan bütün sənədləri portal üzərindən yükləyərək müraciətini yekunlaşdırmalıdır.

Nə qədər rüsum ödəmək lazımdır?

Pre-enrollment proseduru və sənədləşməsinə görə tələbədən hər hansı bir rüsum tələb etmir.

Scroll to Top