Elektron kitabxana

Elektron kitabxana

Son yenilənmə tarixi: 29/04/2025

Elektron kitabın üstünlükləri haqqında

Bəzi hallarda kitabları elektron variantda oxumaq kağız variantı ilə müqayisədə daha əlverişli olur. Məsələn, gecə yatmazdan öncə otağın işıqları sizi yorursa, bu zaman elektron formada olan kitabları rahatlıqla oxumaq olar. Eyni zamanda, planşet, telefon və ya E-book oxuyucular vasitəsilə onlarla kitabı üzərinizdə gəzdirmək mümkündür. Digər məsələ də budur ki, xüsusilə akademik hədəflər üçün ingilis dilində yazılmış kitabları sifariş etmək həm zaman, həm də pul itkisidir. Bu baxımdan, əlimdə olan saytları bölüşmək istərdim.

  1. b-ok.org

Ən çox istifadə etdiyim saytdır. Saytın bazasında hal-hazırda 5 milyona yaxın kitab, 75 milyondan çox isə məqalə yerləşdirilib. Saytda qeydiyyat keçmədən bir IP üzərindən 24 saat ərzində 10 kitab endirmək mümkündür. Qeydiyyat keçəndən sonra isə maksimum 20 kitab endirmək olar. Kitabları PDF, DJVU, EPUB və digər formatlarda endirmək mümkündür. Sizə lazım olan isə, Sumatra kimi bir proqramdan istifadə etməkdir.

2. Gutenberg

Bu saytda 60,000-dən çox elektron kitab var. Üstün cəhəti budur ki, kitabları həm onlayn, həm də endirim oxumaq mümkündür. Qeydiyyatdan keçmək tələb olunmur.

3. Open Library

Gutenberg kimi burada da kitabları həm onlayn, həm də endirim oxumaq mümkündür. Open Library daha çox bədii kitablarla zəngindir.

Yekun

Əlbəttə ki, bu yazıda bütün saytları toplaya bilməmişəm. İnternetdə axtarış edərkən qarşınıza çoxlu saydu bu kimi saytlar çıxacaqdır. Axtarış etmək üçün isə “free books to download”, “list of websites for e-books” kimi frazalardan istifadə etmək lazımdır.

Scroll to Top