Çin təhsil vizasına müraciət qaydaları

Çin təhsil vizasına müraciət qaydaları

Son yenilənmə tarixi: 06/07/2025

Çin təhsil vizasına müraciət qaydalarında yazdıqlarım Çində təhsil almaq istəyən və 180 gündən artıq yaşamağı planlaşdıran tələbələr üçün vizaya müraciət qaydaları barədə olacaqdır.

Çin vizası üçün tələb olunan sənədlər

Çin vizası üçün tələb olunan sənədlər aşağıdakılardır:

  1. 1 ədəd 3×4 ağ fonlu fotoşəkil;
  2. Pasportun əsli və surəti;
  3. Şəxsiyyət vəsiqəsinin əsli və surəti;
  4. Universitetin original qəbul sənədinin əsli və surəti;
  5. Xarici tələbələrin viza müraciət formasının (JW202) əsli və surəti;
  6. Bank hesabı arayışı (minimum 2500 ABŞ dolları) və ya təqaüd qazanılması ilə bağlı sənəd;
  7. Birtərəfli bilet bronu;
  8. https://cova.cs.mfa.gov.cn/ keçidi üzərindən hazırlanmış X1 vizası üçün müraciət forması.

Görüş üçün qeydiyyat

Anket formasını (8-ci punkt) doldurduqdan sonra elə https://cova.cs.mfa.gov.cn/ keçidi üzərində Çin səfirliyində sənədlərin təqdim olunmasına görə görüş üçün vaxtı seçirsiniz və təsdiqləyirsiniz. Bundan sonra isə saytda avtomatik olaraq həm müraciət forması, həm də görüş üçün vaxtı təsdiqləyən iki sənəd hazır olur. Bu iki sənədi kompüterə endirib, çap etməyiniz lazımdır.

Bundan sonra yuxarıdakı sənədlərlə birlikdə səfirliyə yaxınlaşıb, viza üçün sənədləriniz təqdim edirsiniz. Çin vizasının alınması üçün təxmini 1 həftə, 10 gün müddətində vaxt tələb olunur. İstisna hallarda daha az müddətə də Çin vizasını əldə etmək olar.

Əlavə qeyd:

Çin səfirliyi Bakı şəhəri, Xəqani küçəsi 67 ünvanında yerləşir.

İstinad olunan mənbələr:
1. Guidelines for Visa Applications. Keçid: http://az.china-embassy.gov.cn/eng/lsfw/qzyw/bzxz/202012/t20201211_1276264.htm

 

Scroll to Top