Son yenilənmə tarixi: 19/05/2025
Çexiya üçün milli təhsil vizasına müraciət qaydaları haqqında istərdim ki, bir neçə əsas məqamları aydınlaşdırım. İlk öncə tələb olunan sənədlərə baxacağıq, daha sonra isə görüş gününün alınması və önəmli bir neçə nüansa toxunacağam.
Tələb olunan sənədlər
Başlayaq, tələb olunan sənədlərdən. Lakin, viza proseduru ilə bağlı məqalələlərimdə qeyd etdiyim ki, sənədləri adətən 2 hissəyə bölürəm. Əsas sənədlər və dəstəkləyici olanlar. Başlayaq, tələb olunan əsas sənədlərdən.
Əsas sənədlər
- Pasport
- Xarici pasportun bitmə tarixinə minimum 15 ay (vizanın son günü + 3 ay) qalmalıdır;
- 2 boş səhifəsi olmalıdır;
- 1 ədəd surəti (əsas, vizalar, ölkələrə giriş-çıxış möhürləri olan səhifələr) çıxarılmalıdır.
- Milli viza üçün ərizə forması
- Ərizə forması əl yazısı ilə doldurulmalıdır;
- Forma 1 ədəd hazırlanmalıdır;
- Ərizənin sonunda yer, tarix yazılmalı və imza çəkilməlidir.
- Bütün səhifələrin sonunda və ərizənin sonunda imza çəkilməlidir;
- 1 ədəd surəti çıxarılmalıdır.
- Ərizə üçün rəngli fotoşəkil
- 2 ədəd tələb olunur;
- Ölçüləri 3.5×4.5 sm, ağ fonda və biometrik olmalıdır;
- Ən köhnə halda 6 ay ərzində çəkilməlidir.
- Maliyyə dəstəyinin sübutu
- Maliyyə sənədləri qeyd olunan variantların biri (və ya bir neçəsi) ilə sübut oluna bilər:
- bank hesabı ilə
- hesaba minimal məbləğ (2025-ci il üçün minimum 6,500 avro) mədaxil edilməlidir;
- hesaba bağlı çıxarış alınmalıdır;
- hesab tələbənin adına olmalıdır (18 yaşdan kiçik tələbələr üçün də);
- Viza verilənədək pulun bank hesabından çıxarılması ciddi şəkildə tövsiyə olunmur;
- bax: sənədin nümunə forması.
- təqaüd qazanılması barədə məktubla;
- sponsor tərəfindən verilmiş zəmanət məktubu ilə;
- müntəzəm gəlirləri sübut edən digər (məsələn, daşınmaz əmlak kirayəsi, səhm gəlirləri və s.) sənədlərlə.
- bank hesabı ilə
- Sənədlər azərbaycan dilində verilməlidir;
- Çex dilinə notarial tərcümə olunmalıdır;
- 1 ədəd surəti çıxarılmalıdır.
- Bank kartı
- Bank hesabına bağlı olmalıdır;
- Bank kartının əsli və hər iki üzünün 2 ədəd surəti hazırlanmalıdır.
- Qəbul məktubu
- Universitet tərəfindən göndərilmiş yekun qəbul sənədi;
- Sənəd poçtla göndərilməli və original formada olmalıdır;
- 1 ədəd surəti çıxarılmalıdır.
- Qalacağınız yer barədə sənəd
- Yataqxana və ya kirayə ev sənədi;
- Sənəd poçtla göndərilməli və original formada olmalıdır;
- 1 ədəd surəti çıxarılmalıdır.
- Uçuş biletinin bronu
- Təktərəfli təyyarə bilet bronu.
- Məhkumsuzluq barədə arayış
- ASAN xidmət mərkəzindən əldə olunmalı və 6 aydan köhnə olmamalıdır;
- 5 saylı ASAN xidmət mərkəzində Xarici işlər nazirliyi (Konsulluq xidmətləri) tərəfindən apostil şəhadətnaməsi ilə təmin olunmalıdır;
- Çex dilinə notarial tərcümə olunmalıdır;
- 1 ədəd surəti çıxarılmalıdır;
- Bax: sənədin nümunə forması.
- 18 yaşına çatmamış tələbələr üçün
- Tələbənin doğum haqqında şəhadətnaməsi
- Ədliyyə nazirliyi tərəfindən apostil şəhadətnaməsi ilə təmin olunmalıdır;
- Notarial qaydada surəti çıxarılmalıdır;
- Çex dilinə notarial tərcümə olunmalıdır;
- 1 ədəd surəti çıxarılmalıdır;
- Bax: sənədin nümunə forması.
- Maddi öhdəlik, ölkə ərazisinə sərbəst səyahət və ölkə ərazisində yaşamaqla bağlı ərizə
- Hər iki valideyn tərəfindən notarial qaydada verilməlidir;
- Çex dilinə notarial tərcümə olunmalıdır;
- 1 ədəd sadə surəti çıxarılmalıdır;
- Bax: sənədin nümunə forması.
- Tibbi sığorta
- Sığorta məbləği 30.000 avro hesablanmalıdır;
- Bütün Şengen ölkələri üçün (bax: Şengen zona) keçərli olmalıdır;
- Limitsiz və hərtərəfli paketlə olmalıdır;
- Sığorta viza qərarı verildikdən sonra səfirliyə təqdim olunmalıdır;
- 2026-cı ilin 2 avqustuna qədər Çexiya səfirliyi yalnız https://www.pvzp.cz/en/subproducts/foreigners-comprehensive-medical-insurance-plus/ keçidi üzərindən alınmış Comprehensive Medical Insurance PLUS tipli sığortanı qəbul edəcəkdir.
Dəstəkəyici sənədlər
Dəstəkləyici sənədlər səfirlik (və ya konsulluq) tərəfindən tələb oluna da bilər, olunmaya da bilər. Lakin, səfirliyə əlavə sənədlər aparmağın heç bir ziyanının olmadığını düşünürəm. Bu baxımdan, lazım ola biləcək əlavə (dəstəkləyici) sənədlərə də baxaq.
- Şəxsiyyət vəsiqəsi
- 1 ədəd sadə surəti ilə;
- Əvvəlki təhsilin sənədləri
- Bakalavr üçün attestat, magistratura oxuyacaq tələbələr üçün isə bakalavr diplomu (və ya arayış) və diplom əlavəsi (və ya transkript) hazırlanmalıdır;
- 5 saylı ASAN xidmət mərkəzində Xarici işlər nazirliyi (Konsulluq xidmətləri) tərəfindən apostil şəhadətnaməsi ilə təmin olunmalıdır;
- İngilis və ya çex dilinə notarial tərcümə olunmalıdır;
- 1 ədəd surəti çıxarılmalıdır.
- Təhsil haqqının ödəniş sənədi
- Təhsil haqqının ödənişini sübut edən bank sənədi (viza müraciəti zamanına qədər təhsil haqqı ödənmişsə);
- 1 ədəd surəti çıxarılmalıdır.
- Dil biliyinin sübutu
- Beynəlxalq dil sertifikatının əsli və surəti (əgər varsa);
- Əvvəlki təhsilin ingiliscə alınması ilə bağlı arayışın əsli və surəti (əgər varsa).
Görüş gününün alınması
Görüş almaq üçün visa_baku@mzv.cz adresinə çex, rus və ya ingilis dillərinin birində e-poçt yazmaq lazımdır. Bu poçta aşağıdakıları qeyd etmək və pasportun birinci səhifəsi və universitetin qəbul sənədinin elektron (skan) versiyasının əlavə etmək lazımdır
- Müraciət edən şəxsin adı və soyadı;
- Müraciətin səbəbi, məsələn, təhsil;
- Əlaqə vasitələri: e-poçt ünvanı və telefon;
- Pasportun nömrəsi.
Vəssalam, bu poçtu göndərdikdən sonra səfirlik tələbəyə görüş günü təyin edəcəkdir. Nəzərə almaq lazımdır ki, görüş gününün təyin olunması e-poçt yazıldığı gündən 10 günə qədər çəkə bilər.
Rüsumlar
Viza müraciəti rüsumu 2500 çex kronudur (≈106 avro) və Çexiyanın Azərbaycandakı səfirliyində nağd şəkildə (avro ilə) və ya bank kartı vasitəsilə ilə ödənilir. Bank kartı ilə ödəniş zamanı yalnız səfirliyə təqdim olunmuş kart (surətləri təqdim olunmuş) vasitəsilə ödəniş etmək tələb olunur.
Qeydlər
- Viza müraciəti zamanı Çexiyanın Azərbaycandakı səfirliyində şəxsi iştirak tələb olunur.
- Səfirlik əlavə sənədlər tələb etmək hüququnu özündə saxlayır;
- Vizanın cavablandırılması üçün müddət 90 günə qədər çəkə bilər;
- Səfirlik viza qərarı verilənədək pasportu özündə saxlamır, yəni vizaya müraciət olunduqda ərizəçi pasportunu geri götürə bilər;
- Viza müraciəti üçün sənədlərin tam şəkildə təqdimatı vizanın müsbət qərarlandırılacağına zəmanət vermir;
- Səfirliyin rüsumu istənilən halda geri qaytarılmır;
- Səfirlik viza müraciətinə müsbət cavab verərsə, biletin alınması və sığortanın başlama günü ilə bağlı ərizəçiyə e-poçt göndərir;
- Vizanın başlama müddəti biletin alındığı tarixdən və vizanın bitmə müddəti yaşayış yeri ilə (məsələn, tələbə yataqxanasının müqaviləsi) müqavilənin bitmə tarixi ilə hesablanır;
- Sənədlərin çex dilinə notarial tərcüməsi yalnız səfirlik tərəfindən tanınan tərcüməçilər tərəfindən həyata keçirilməlidir:
- Əlaqədər şəxs: Nailə Allahverdiyeva
- Əlaqə nömrəsi: +994 70 731 97 11
- Ünvan: Marine Plaza biznes mərkəzi, Üzeyir Hacıbəyov küçəsi 62, Bakı şəhəri